"Rusiya hərbi təyyarələri Suriyada müdafiə məqsədi ilə yerləşdirilib".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib. Onun sözlərinə görə, Rusiya təyyarələrinin Suriya ərazisində uzun müddət qalması rəsmi Moskvanınniyyəti ilə bağlı suallar doğura bilər.
Kerri qeyd edib ki, gələcəkdə Rusiyanın Suriya planları dəyişə bilər.
Eyni zamanda ABŞ dövlət katibi Rusiya və İrana da çağırıb edib: "Rusiya və İran Suriyadakı böhranının qarşısını almaq üçün diplomatik səyləri artırmalıdır. Bəşər Əsədin cinayətlərini ört-basdır etmək lazım deyil ".
Samir