"İŞİD terror təşkilatı İslam qanunlarına ziddi addımlar atır".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Moskva Cümə məscidinin açılış mərasimində bildirib.
Onun sözlərinə görə,terrorçular siyasi məqsədlər üçün xalqın dini hisslərini istismanr edir: "İŞİD döyüşçülərinin Yaxın Şərqdə törətdikləri İslam dinini gözdən salır, bu dinə nifrət yaradır. Onlar insanları öldürür, dünya mədəniyyət abidələrini vəhşicəsinə məhv edir".
Putin qeyd edib ki, müsəlman gənclər İslamla əlaqəsi olmayan qanunlardan və hərəkətlərdən uzaq olmalıdır: "Müsəlman gənclər İslam dəyərlərini yaxşı bilməlidir və İslamla əlaqəsi olmayan bu kimi hərəkətlərin qarşısını almalıdır".
Samir