Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatının əsirliyindən 240 nəfəri azad edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat nəticəsində radikal qruplaşmanın 40 üzvü saxlanılıb.
Məlumata əsasən, Nigeriya ordusu qruplaşmaya məxsus xeyli sayda silah-sursat müsadirə edib.
Qeyd edək ki, sentyabrın 21-də Borno ştatının administrativ mərkəzi Mayduquri şəhərində baş verən partlayışlar zamanı 54 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.