Almaniyanın paytaxtı Berlin şəhərində ötən axşam ölkə rəhbərliyinin qaçqın və miqrant siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.
“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, nümayişdə 300-ə yaxın insan iştirak edib.
Avropada ksenofobiya hallarının artdığından narahat olduqlarını dilə gətirən aksiya iştirakçıları "Faşizmi dayandırın", "İnsanlar qanunsuz ola bilməz", “Daxili İşlər Nazirliyi yalan danışır” kimi şüarlar səsləndiriblər.