25 Sentyabr 2015 09:59
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məkkədə həcc ziyarətində həyatını itirmiş insanlara həsəd aparıram, çünki onlar müsəlmanların müqəddəs məkanında ölüblər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib. Onun sözlərinə görə, Minada baş verən hadisəni faciə kimi qiymətləndirmək olar, lakin eyni zamanda Səudiyyə Ərəbistanında həcc ziyarətinə gedən hər bir müsəlman, orada ölməyi arzulayır: "Onlar ən müqəddəs gündə, müsəlmanların ən müqəddəs məkanında dünyasını dəyişib. Buna görə də çox xoşbəxt insanlardı, biz onlara həsəd aparırıq. Allah qoysa biz onlarla cənnətdə görüşərik".

O, qeyd edib ki, Allah həcc ziyarətində ölən şəxslərin bütün günahlarını bağışlayır: "Hər bir müsəlman Allahı görmək istəyir. Yəni bu faciədir, eyni zamanda da Allahın böyük nemətidir".

Qeyd edək ki, Mina dağında baş verən izdiham nəticəsində 753 nəfər həyatını itirib, 887 zəvvar isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər