25 Sentyabr 2015 17:24
3 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya bölgəsində dəhşətli cinayətin üstü açılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 15 yaşlı Ü.E. Facebook-da dostu olan və heç vaxt üzünü görmədiyi insana təcavüzlə bağlı etiraf edib.

Məlumatlara görə, Ü.E xalasının əri tərəfindən cinsi zorakılğa məruz qaldığını deyib. O bildirib ki, 57 yaşlı Mahmut E. bunun qarşılığında ona çoxlu pul verib: "Sevişmək üçün mənə çoxlu pul verirdi. Həm də çox qorxmuşdum. Valideynlərimin məni övladlıqdan siləcəyindən qorxurdum. Əvvəlcə mənə "qızım" deyə müraciət edə-edə öpürdü. Daha sonra mənə qarşı nəlayiq hərəkətlər elədi və səsimi çıxarmamağımla bağlı xəbərdarlıq etdi",

Bu sözləri oxuyan Ü.E-nin Facebook dostu E.P. dərhal qızın oxuduğu məktəbin direktorunu məlumatlandırıb. Qız dindirildikdən sonra bütün dəhşət aydınlaşıb.

57 yaşlı Mahmut polis tərəfindən saxlanılıb. Təqsiri sübüta yetirilərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.

Samir


Müəllif:

Oxşar xəbərlər