25 Sentyabr 2015 21:55
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Filadelfiya (Pensilvaniya ştatı) şəhərində Roma Papası Fransıskin səfəri ərəfəsində pivənin yeni növü hazırlanıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, pivəni hazırlayan şirkət 9,75 faiz spirtli içkinin məhdud partiyasını buraxıb.

“Köpüklü içki ruhu təmizləyir və sizi mömin yola yönəldir”, - pivənin təyinatı haqqında danışan şirkətdən zarafatla bildiriblər.


Fransiskin baş çəkəcəyi Müqəddəs Karl seminariyasının nümayəndələri artıq yeni pivəni sifariş ediblər. Məlumata görə, yeni pivədən 7,5 min litr istehsal olunub.

Qeyd edək ki, Roma Papası ABŞ-a sentyabrın 22-də gəlib. O, sentyabrın 27-nə kimi Vaşinqton, Nyu-York və Filadelfiya şəhərlərinə baş çəkəcək. Fransisk Amerika Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxış edəcək ilk Papa olacaq. Papa Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında miqrasiya və dini azadlıq məsələləri üzrə nitqlə çıxış edəcək.


Müəllif:

Oxşar xəbərlər