Türkiyə Silahlı Qüvvələri 22 iyuldan bu yana həyata keçirdiyi əməliyyatlarla PKK terror təşkilatına ağır zərbə vurub.
Publika.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Şimali İraqda və ölkə daxilində keçirilən əməliyyatlarda 1337 terrorçu öldürülüb.
Hava əməliyyatları ilə təşkilatın bir çox təlim düşərgəsi yerlə-yeksan edilib. Terror təşkilatının Şimali İraqdakı üzvlərinin üçdə ikisindən çoxu zərərsizləşdirilib.