Rusiyanın Xarici İşlər Nazirliyi Vaşinqtondan Quantanamodakı həbsxananı bağlamağı tələb edib.
"Report" xəbər verir ki, rusiyalı diplomatlar bu bəyanatı BMT İnsan Haqları Şurasının Birləşmiş Ştatların universal dövri icmal (UDİ) prosedurlarının ikinci mərhələsini keçməsinin yekunları üzrə Cenevrədə qəbul etdiyi tövsiyələr əsasında ediblər.
"Tələb edirik ki, ABŞ UDİ zamanı əldə etdiklərinə ciddi yanaşsın və nəhayət onların şərhsiz yerinə yetirilməsi üzrə vicdanlı işə başlasın. Birləşmiş Ştatlar, xüsusilə Quantanamodakı həbsxananı bağlamalı, Amerika xüsusi xidmət orqanları tərəfindən yerli və xarci vətəndaşların miqyaslı şəkildə izlənməsi proqramını ləğv etməli, irqi ayrı-seçkiliyin və zorakılığın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməli, məhkəmədən xaric edam və qətlə son qoymalı, polis özbaşınalığını aradan qaldırmalıdır", - deyə Rusiya XİN-inin saytında dərc olunan şərhdə bildirilir.
Rusiyalı diplomatlarda Vaşinqtonun jurnalistləri münaqişələrin qeyri-imtiyazlı iştirakçıları sırasına daxil edilməsi haqqında qərarı xüsusi narahatlıq yaradıb.