1 İyun 2014 01:04
3 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqanskda avtomat və qranatamyotla silahlanan 30 nəfərə yaxın separatçı şəhərdəki zabit yataxanasini mühasirəyə alıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə yerli sakinlər bildirib.

«Yataqxananın birinci və ikinci mərtəbəsində Baş Qərargaha tabe olan quru qoşunlarının kəşfiyyat bölüyü yerləşir. Qalan iki mərtəbə isə ailəvi yataqxanadır. Bir az əvvəl oradan qadınları və uşaqları çıxardılar. Fikrimcə, separatçılar hərbi hissəyə silah əldə etmək üçün hücum edəcək. Çünki orada texniki bölük yerləşir. Onun əsas funksiyası radio tezliklərə nəzarət etməkdir", - mənbə bildirib.

Onun sözlərinə görə, yataqxananı mühasirəyə alan 30 nəfərə yaxın silahlı separatçı hərbçiləri təhir edir və münaqişəyə çəkmək istəyirlər.

Nihad


Müəllif: