İngiltərənin Foster + Partners memarlıq bürosu "America Makes" İnnovasiyalar İnstitutu və "NASA" Kosmik agentliyinin Marsda astronavtlar üçün ən yaxşı yaşayış yeri layihəsi müsabiqəsinin qalibi olub.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, layihəyə əsasən, robotlar torpaq və Marsda yayılmış reqolit materialından tikili hazırlayacaqlar. Memarlıq bürosunun təqdim etdiyi ideya 3 növ yarıavtonom robotların Marsa çatdırılacağını, orada isə əsl ev tikəcəyini nəzərdə tutur. Evlərin tikintisində yumşaq materiallardan şəxsi və iş zonaları hazırlanacaq.
Qeyd etmək lazımdır ki, ingilis memarlıq bürosunun mütəxəssisləri çoxlu sayda məşhur dünya tikililərinin müəllifləridirlər.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm