Maldiv respublikasının prezidenti Abdulla Yaminin gəmisində partlayış baş verib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində prezidentin xanımı Fatimə İbrahim və bir neçə məmur xəsarət alıb.
Hadisə gəminin Səudiyyə Ərəbistandan ölkəyə qayıtdığı zaman baş verib. Partlayışdan sonra gəmi Male limanına yan alıb.
Hadisənin səbəbləri məlum deyil.
Samir