İranla Rusiya arasında peyk texnologiyası və "Sukhoi SSJ-100" tipli super reaktiv təyyarələrin satışı ilə bağlı gizli saziş imzalanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyada 25-30 avqust tarixləri arasında "MAKS 2015" Beynəlxalq Aviasiya və Kosmos sərgisi keçirilib, İran nümayəndə heyəti də sərgidə iştirak edib. Sərgidən sonra iki ölkə arasında dəyəri 21 milyard dollar məbləğində göstərilən saziş imzalanıb.
Bununla bağlı İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) baş direktoru Manouçer Manteghi məlumat verib. Manteghi qeyd edib ki, bu sahədə Rusiya və İran əməkdaşlıqlarını davam etdirmək niyyətindədir.
Samir