29 Sentyabr 2015 10:56
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsi üçün 5 milyard dollar xərcləyib".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Amerikanın "CBS" və "PBS" telekanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, amerikalı tərəfdaşları da artıq bunu gizlətmir: "Söhbət 5 milyard dollardan gedir. Bu məsələdə sirr yoxdur və heç kəs də bununla bağlı mübahisə etmir".

Qeyd edək ki, Yanukoviç ötən ilin fevralında dövlət çevrilişindən sonra Ukrayna prezidenti postundan devrilib.

Samir


Müəllif:

Oxşar xəbərlər