Türkiyənin Diyarbəkr vilayətinin Bismil mahalında küçəyə çıxma qadağası elan edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 11.00-dan qüvvədə olan qadağa ikinci bir qərara qədər davam edəcək.
Mahalda polis ilə qarşıdurmaya girən 16 yaşlı YDG-H (PKK terror təşkilatının gənclik qanadı) terrorçusu silahı ilə birlikdə ölü olaraq ələ keçirilib.
Məlumata görə, mahalda YDG-H üzvlərinə qarşı əməliyyatlar davam edir.