"Ukraynasız Avropa Birliyi ola bilməz".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Nyu-Yorkdakı Kolumbiya universitetində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, demokratik Ukrayna Avropa Birliyində olmalıdır: "Fərqi yoxdur, avropalılar Ukraynanı qəbul etməyə hazırdır, ya yox. Mən Avropa Birliyini Ukraynasız təsəvvür etmirəm. Kiyafət qədər nikbinəm ki, arzum həyata keçəcək".
Samir