İraqın paytaxtı Bağdadda tikinti firmasında işləyən və sentyabrın əvvəlində naməlum silahlılar tərəfindən qaçırılan 16 türkiyəli sərbəst buraxılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Baş naziri Əhməd Davudoğlu Twitter hesabında məlumat verib.
Onun sözlərinə görə, işçilər Türkiyənin Bağddadakı səfirliyinin binasına gətirilib. İşçilərin vəziyyətinin yaxşı olduğu və həkim müayinəsindən keçdikləri açıqlanıb.
Davudoğlu onların ən qısa müddətdə türkiyəyə geri qaytarılacağını qeyd edib.
Samir