1 İyun 2014 20:00
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin və onun ailə üzvlərinin ölkə daxilində olan bütün əmlakına həbs qoyulub.


Teleqraf.com bildirir ki, bu açıqlama ilə Baş prokurorluq vəzifəsini icra edən Oleq Maxniçki çıxış edib.


O, dondurulmuş əmlakın ümumi məbləğini söyləyə bilmədiyini, lakin rəqəmlərin kifayət qədər böyük olduğunu vurğulayıb. Oleq Maxniçki, həmçinin, Yanukoviçin ölkədən kənar bəzi hesablarının da dondurulduğu barədə də məlumat verib.

Xatırladaq ki, əvvəl Oleq Maxniçki Yanukoviçin ailəsinin Rusiyaya 32 milyard dollardan çox nəğd pulun apardığını bildirmişdi.


Müəllif: