30 Sentyabr 2015 17:38
3 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Suriyada həyata keçirəcəyi hava əməliyyatları barədə İsrail tərəfini məlumatlandırıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Tel-Əvivdəki səfirliyi məlumat yayıb. Səfirliyin mətbuat katibi Yevgeni Piskunov bildirib ki, Rusiyanın Suriyaya hərbi müdaxilə ilə bağlı verdiyi qərarla əlaqədar İsrail rəhbərliyi məlumatlandırılıb.

Rusiya Suriyada həyata keçirəcəyi əməliyyatla bağlı Pentaqonu xəbərdar edib. Rəsmi Moskvanın eyni zamanda ABŞ-dan öz hərbi təyyarələrini Suriya səmasından geri çəkməyini tələb etdiyi bildirilir.

Qeyd edək ki, prezident Vladimir Putinin Rusiyanın xarici ölkələrə müdaxilə etməsi ilə bağlı Federasiya Şurasına verdiyi təklif qəbul edilib. Qərara əsasən, Rusiya Suriyada hava hücumları həyata keçirəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər