30 Sentyabr 2015 21:36
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın paytaxtı Riqada İslam Mədəniyyət Mərkəzi və məscid kimi fəaliyyət göstərən binaya hücum olub.

Teleqraf.com "Defli” agentliyinə istinadən xəbər verir ki, mərkəzin işçiləri hücumu Avropada getdikcə artan islamofobiyanın bir nümunəsi hesab edirlər.

Məscidin divarında “Your Allah, your problem, go home” (Sizin Allahınız sizin probleminizdir, evinizə gedin) yazılıb.

Mərkəz nümayəndəsi Robert Klimoviç bildirib ki, Latviyada islamofobiyanın qızışdırılmasında yerli medianın da rolu az deyil.

Polis faktla bağlı araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər