Tacikistanda İslam Dirçəliş Partiyası (İDP) terror təşkilatı elan edilərək, fəaliyyəti dayandırılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı qərar Tacikistan Ali Məhkəməsi tərəfindən verilib. Məhkəmə mətbuat orqanlarına İDP ilə bağlı məlumat yaymağı da qadağan edib.
İDP üzvləri cinayətkar təşkilat qurmaq, qeyri-qanuni yollarla və məzhəbi çəkişmələrlə ölkədə sabitliyi pozmaqda ittiham edilir.
Qeyd edək ki, Tacikistanın paytaxtı Düşənbədə sentyabrın 4-də naməlum silahlılar Daxili İşlər Nazirliyinə hücum edərək, çoxlu sayda silah və sursat ələ keçirib. Daha sonra cinayətkar dəstə paytaxtdan 20 kilometr uzaqlıqdakı Vəhdət şəhərinə hücum ediblər. Rəsmi açıqlamalara görə, baş verən toqquşmalar zamanı 8-i polis olmaqla, 17 nəfər həyatını itirib. Tacik mətbuatı isə hadisələr nəticəsində 33 nəfərin ölməsi ilə bağlı məlumat verib.
Araşdırmalar zamanı silahlıların müdafiə naziri Abdulhalim Nazarzadədən əmr aldığı aydınlaşıb və o, vəzifəsində uşaqlaşdırılaraq, məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə Nazarzadənin İDP ilə əlaqəli olduğu bildirilib. Bundan sonra aralarında partiyanın sədr müavini Seyid Ömər Hüseyninin də olduğu 13 nəfər həbs edilib.
Samir