30 Sentyabr 2015 23:52
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Suriya prezidenti Bəşər Əsəd rejiminin hərbi cinayətləri ilə bağlı araşdırmalara başlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Frans-Press" agentliyi məlumat yayıb. Araşdırmalar əsasən 2011-2013cü illərin mənbələrinə əsaslanır.

İstintaq Suriya ordusunun sabiq fotoqrafı, Sezar adı ilə tanınan şəxsin materialları üzərində aparılır. O, 2013-cü ildə ölkədən qaçıb və özü ilə Əsəd rejiminin cinayətini əks etdirən 55 min görüntü aparıb.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Bəşər Əsədi istefaya çağırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər