1 Oktyabr 2015 11:34
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbçiləri Rusiya ilə Suriyadakı əməliyyatlarla bağlı məsləhətləşmələr aparacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı Lavrovla razılıq əldə edilib: "Suriyada demokratik mühit görmək istəyirəm. Ancaq fikir ayrılıqları mövcuddur. Gərginliyin aradan qaldırılması üçün bütün səylərimizi birləşdirməliyik".

Samir


Müəllif:

Oxşar xəbərlər