Türkiyənin Trabzon şəhərində başında güllə vurulmuş və boğazı kəsilmiş qadın cəsədi tapılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis cəsədin suriyalı Semira.H-ya aid olduğunu müəyyən edib.
Gənc qadının əri Cuma polisə ifadəsində Semranın iki qardaşını ittiham edib. O, "Dörd ay əvvəl evləndik və başlıq pulu kimi 11 min TL (təxminən 3815 manat) verdim. Dörd qardaşı evliliyə qarşı çıxdı" deyib.
Polis Ramiz və Koranı Ərzurumda saxlayıb. Qardaşlardan Ramiz itthamları rədd etsə də, Kora cinayəti törətdiyini etiraf edib. Onların başlıq pulu az olduğu üçün Cumadan əlavə pul istədikləri də məlum olub.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm