1 İyun 2014 23:31
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şərqində ildırım düşməsi nəticəsində 13 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, rəsmi mənbələrdən verilən məlumata görə, Qərbi Benqal, Murşidabad, Burdvan və Şimali Parqanas bölgələrinə yağan şiddətli yağış və fırtına 20-dən çox insanın yaralanmasına gətirib çıxarıb.

Murşidabad bölgəsində şiddətli fırtına və yağış səbəbi ilə uçan evdə 65 yaşlı qadın həyatını itirib.

Sinoptiklər isə bu həftə havanın daha da kəskinləşəcəyini proqnozlaşdırıblar.

Uğur


Müəllif: