Rusiyanın Pskov şəhərində 4 yeniyetmə oğlanın 14 yaşındakı qıza işgəncə və təcavüz etməsi ölkəni qarışdırıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, yeniyetmələrin işgəncə və təcavüz görüntülərini internetdə dərc etməsi sərt reaksiya doğurub.
Zəngin ailələrə mənsub olduğu deyilən şəxslərin təcavüzdən əvvəl qıza spirtli içki içirdiyi bildirilir. Hadisədən sonra saxlanılmayan yeniyetmələr yalnız cəmiyyətdəki sərt reaksiyadan sonra polis tərəfindən saxlanılıb.
Rusiya qanunları onların həbsə atılmasını qadağan etsə də, prezident Vladimir Putinin uşaq hüquqları üzrə ombudsmanı Pavel Astakov başqalarına nümunə olacaq şəkildə cəzaların verilməsini tələb edib.