Türkiyənin İzmir şəhərində ayaqqabısına yerləşdirdiyi kamera ilə məktəbli qızların gizlincə çəkən müəllim həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazidə patrul xidməti aparan polis əməkdaşları müəllimin hərəkətlərindən şübhələnib və onu izləməyə başlayıb. Sözügedən kişi iki məktəbli qızın arxasınca gedərkən özünü əlilliyə vurub. O, ayyaqqabısına yerləşdirdiyi kamera ilə qızların gizlincə görüntüsünü çəkib. Polisi görüncə isə kameranı qırmağa və qaçmağa çalışıb.
Həbs edilən M.Ş.-nin iki uşaq atası olduğu və coğrafiya müəllimliyi etdiyi müəyyən olunub.
Polis müəllimin 20-dən çox mini ətəkli məktəbli qız və qadının görüntüsünü çəkdiyini aşkar edib.
M.Ş-nin susmaq haqqından istifadə edərək ifadə vermədiyi bildirilib.
Saxlanılan M.Ş-nin kompyuteri polis tərəfindən müsadirə olunub və araşdırılır.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm