Əfqanıstan ordusu Kunduz şəhərinin azad edilməsi uğrunda həyata keçirdiyi əməliyyatlar nəticəsində "Taliban" terror təşkilatının 150 döyüşçüsünü öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyi açıqlama verib. 90 terrorçu isə yaralı halda ələ keçirilib.
Kunduz polis rəisi Məhəmməd Kasim Cengelbağın sözlərinə görə, şəhər tamamilə təhlükəsizlik qüvvələrinin nəzarətindədir.
Samir