3 Oktyabr 2015 21:31
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti aztəminatlı ailələrə əlavə dəstək məqsədilə ərzaq talonları sistemini tətbiq eləmək barədə düşünür.

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün baş nazir Dmitri Medvedyev ölkədəki sosial-iqtisadi durumdan danışarkən bildirib.

“Belə bir ideya var. Onun müsbət və mənfi tərəfləri mövcuddur. Biz onu həqiqətən də müzakirə edirik. Bax belə “vauçer” adlanan şeylərdən istifadə oluna bilər. Görürsünüz, Amerika – varlı dövlətdir, ancaq bunlardan istifadə edir” - qeyd edib baş nazir.

Onun sözlərinə görə, belə “vauçer”lərin qara bazarı haqda qabaqcadan fikirləşmək və qarşısını almaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər