Rusiyanın Hava-Kosmik Qüvvələrinin üç gün ərzində Suriyada endirdiyi zərbələr İŞİD terror qruplaşmasının maddi-texniki bazasını sarsıdıb və döyüş potensialını zəiflədib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib.
“Zərbələr “Xmeymim” aviabazasından gecə-gündüz endirilirdi. Üç sutka ərzində biz terrorçuların maddi-texniki bazasını sarsıdıb, döyüş potensialını zəiflədə bildik”, - deyə o bildirib.