4 Oktyabr 2015 16:29
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın Kişinyov aeroportunda Rusiyanın "NTV" telekanalının jurnalisti saxlanılıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı telekanalın rəsmi saytında məlumat verilib. Bildirilir ki, müxbir Anton Talpu heç bir səbəb göstərilmədən polislər tərəfinən bölməyə aparılıb.

Jurnalistin sabah səhər Moskvaya qayıtmalı olduğu açıqlanıb.

Qeyd edək ki, ötən gün də analoji hadisə baş verib. Telekanalın müxbiri Yevgeni Zuyev, operator Sergey Korenkov və səs operatoru Vladislav Petrov da Kişinyov hava limanında saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər