4 Oktyabr 2015 17:48
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandda ilin əvvəlindən 25 min adam yoluxucu xəstəliyə yoluxub.

Musavat.com xəbər verir ki, bu xəstəlyin ilkin əlamətləri yüksən tempraturlu qızdırma və şiddətli baş ağrılarıdır.

Ölkənin mərkəzi xəstəxanasının verdiyi məlumata əsasən, bir həftə ərzində daha 2 min insan bu xəstəliyə yoluxub. İlin əvvəlindən bu xəstəlikdən 58 nəfər həyatını itirib. Hökümət bildirib ki, 2014-cü ildə bu xəstəliyə 15 mindən çox insan yoluxub. Həkimlər bu xəstəliyin ən yüksək həddinin oktyabr və noyabr ayında olmasını gözləyirlər.

Bu xəstəlik xüsusi növ ağcaqanadlar vasitəsiylə yayılır. Bu ağcaqanadlar təmiz su gölməçələrində çoxalır. Onların yumurta qoyma dövrü 5-10 gün çəkir.

Bu dəhşətli xəstəliyə qarşı heç bir dərman tapılmayıb.

Qeyd edək ki, bu xəstəliyə hər il tropik və subtropik ölkələrin 50 milyondan 100 milyona qədər əhalisi tutulur.


Müəllif:

Oxşar xəbərlər