Argentina polisi məşhur futbolçu Lionel Messinin qardaşını həbs edib. Musavat.com TASS-a istinadən xəbər verir ki, hadisə Rosario şəhərində baş verib. Futbolçunun qardaşının maşınından qanunsuz silah tapılıb.
"Barselona"nın hücumçusunun qardaşı polis əməkdaşlarına lazımi sənədləri təqdim etməkdən yayınıb və polis şöbəsinə aparılıb. Onu bir neçə saat sonra azad ediblər.