"Rusiya döyüş təyyarələri Türkiyə hava məkanına səhvən daxil olub və bu, bir daha təkrarlanmayacaq".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Türkiyənin notasına cavabında yer alıb.
Rusiyanın cavabı Türkiyənin baş naziri Əhməd Davudoğlu tərəfindən mətbuata açıqlanıb.
Qeyd edək ki, oktyabrın 3-də yerli vaxtla saat 12:08-də Rusiyaya məxsus döyüş təyyarəsi icazəsiz şəkildə Suriyanın Hatay bölgəsindən Türkiyənin Yayladağı bölgəsinin hava məkanına daxil olub.
Samir