Rusiyanın Kabildəki səfirliyinin qarşısında iki güclü partlayış olub.
Publika.az TOLO News saytına istinadən xəbər verir ki, iki kamikadze özlərini partladıb.
Bundan sonra təhlükəsizlik əməkdaşları ilə terrorçular arasında atışma başlayıb. Hadisənin baş verdiyi rayon tezliklə təhlükəsizlik əməkdaşları tərəfindən mühasirəyə alınıb.
İlkin məlumatlara görə, bir neçə terrorçu Qelmend vilayətinin qubernatorunun evinə zorla daxil olub.