6 Oktyabr 2015 12:22
262

Səhər saatlarında İraqın müxtəlif şəhələrində silsilə partlayışlar baş verib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisələr zamanı 51 nəfər həyatını itirib, 92-i isə yaralanıb. Ölən və yaralananların dinc sakinlər olduğu bildirilib.

İlk partlayış Diyalə vilayətində baş verib. Hadisə nəticəsində 36 nəfər ölüb, ən azı 50 dinc sakin xəsarət alıb. Digər partlayış isə Bəsrə vilayətinin Zubeyr rayonunun mərkəzi bazarında baş verib.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Samir


Müəllif:
Загрузка...