İraq Kürdüstan Regional Rəhbərliyinin Türkiyənin Ceyhan limanına ixrac etdiyi neftin miqdarı sentyabrda avqustla müqayisədə gündəlik 31 faiz artıb.
Bu barədə Regional Rəhbərliyinin Təbii Ehtiyatlar Nazirliyinin rəsmi internet saytında məlumat verilir. Bildirilir ki, sentyabrda bölgədən 18 milyon 614 min 798 barrel (gündəlik 620 min 478 barrel) xam neft ixrac edilib. Avqustda isə 14 milyon 657 min 798 barrel (gündəlik 472 min 832 barrel) neft ixracı reallaşdırılıb.
Nazirliyin məlumatına görə, avqustda Kərkük-Yumurtalıq xam neft boru xəttindəki oğurluqlar və hücumlarla əlaqədar neftin nəqlində 9 gün fasilə yaranıb, sentyabrda isə neft ixracı 2 günlük dayandırılıb.
İraq Kürdüstan Regional Rəhbərliyi avqustda Ceyhan limanında İraq Milli Neft Şirkətinə (SOMO) 1 milyon 579 min 4 barrel xam neft təhvil verib, sentyabrda isə SOMO-ya neft nəqli reallaşdırılmayıb.