7 Oktyabr 2015 01:21
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin İŞİD terror təşkilatına qarşı hava əməliyyatı həyata keçirən qüvvələrə xüsusi tapşırıq verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, İŞİD lideri Əbubəkr əl-Bağdadinin diri ələ keçirilməsini istəyir.

İddialara görə, Putin bununla ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizəınin saxta olduğunu və terrorçuların az müddətdə məğlub edilə biləcəyini sübut etmək niyyətindədir.

Bu arada Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenko keçirdiyi mətbuat konfransında rus qırıcların İŞİD-in "paytaxt"ı sayılan Rakkada terror təşkilatına məxsus qərargahları bombaladığını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər