Türkiyənin Antalya bölgəsinin Demre rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verur ki, zəlzələnin episentri yerin 34,92 kilometr dərinliyində qeydə alınıb. Təbiət hadisəsi zamanı bəzi evlərə ciddi ziyan dəyib.
Zəlzələ Muğlanın Milas və İsparta rayonlarında da hiss olunub.
Samir