8 Oktyabr 2015 16:00
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstanda beynəlxalq axtarışda olan "Rıbno-Slobodski camaatı" ekstremist qrupunun rəhbəri Albert Qaliyev saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Tatrıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçu saxlanılan zaman müqavimət göstərə bilməyib. Baxış zamanı onun üzərindən iki ədəd "PM" tipli tapança və bir ədəd əldəqayırma partlayıcı qurğu aşkar edilib.

A.Qaliyev axtarışda olduğu müddətdə həyat yoldaşının Böyük Yelqa rayonundakı evində gizlənib. Evdə aparılan axtarışlar zamanı iki ədəd əldəqayırma partlayıcı, silah və sursatlar, həmçinin Qaliyevin çeçen səhra komandiri Doku Umarovla yazışmaları tapılıb.

A,Qaliyevin rəhbərlik etdiyi qrup müxtəlif vaxtlarda törədilən 7 partlayışda və 5 sui-qəsddə ittiham olunur. Bu hadisələrin Umarovun sifarişi ilə törədildiyi açıqlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər