8 Oktyabr 2015 16:09
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanıması Minsk prosesini dayandıracaq.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar aparılacağı təqdirdə, Ermənistan Dağlıq Qarabağın "təhlükəsizliyinin təminatı" kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun "müstəqilliy"ini tanıyacaq.

Onun sözlərinə görə, bu, ilk növbədə, tərəflər arasında hərbi qarşıdurmaya səbəb olacaq: "Bununla belə, Ermənistan müharibə istəmir, çünki təhlükəsizliyindən ehtiyat edir".

M.Brayza qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağı tanımaq istəyi real olsaydı, bunu çoxdan etmişdi: "Müharibə nə Ermənistana, nə də Azərbaycana lazımdır. İndiki vəziyyət yalnız Rusiyaya sərf edir".

O, əlavə edib ki, E.Nalbandyanın bəyanatında təəccüblü bir şey yoxdur: "Güc tətbiq ediləcəyinə dair təhdid, snayperlərlə bağlı insidentlər diplomatik danışıqların daha bir formasıdır. Nalbandyan da bəyanatında bu alətdən istifadə edib. Nalbandyan eyham vurur ki, guya Azərbaycan Minsk qrupu çərçivəsndə danışıqlarından kənar addımlar atıb və Ermənistan belə bəyanatla cavab vermək qərarına gəlib. Həqiqətdə isə Yerevan Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq istəmir".


Müəllif:

Oxşar xəbərlər