9 Oktyabr 2015 01:55
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsəd rejimi Suriyanın şərqini İŞİD-ə verəcək".

Avropa.info xəbər verir ki, bu sensasion bəyanatla İngiltərə Xarici Kəşfiyyat Xidməti olan M16-nın keçmiş rəhbəri Con Savers çıxış edib.

Savers Rusiyanın dörd ildir ki, Əsəd rejiminə yanacaq, avadanlıq kimi müxtəlif məsələlərdə dəstək verdiyini bildirərək "ruslar, Əsədi daha çox dəstəkləməyə qərar verdi, çünki Yaxın Şərqdəki əsas müttəfiqinin həqiqətən təzyiq altında olduğunu gördülər. Bu təzyiq İŞİD-dən deyil, ərəblər, türklər və müxalif qüvvələrdəndir" deyib.

Rusiyanın Suriyaya müdaxilə etməsinə toxunan Savers bunu Putinin qlobal güc olduğunu nümayiş etdirmək istəyi ilə bağlayıb.

"İŞİD ölkənin şərqinə nəzarət edir, kürdlər şimalda, ələvilər isə şimali qərbə nəzarət edir. Ölkənin böyük bir hissəsi isə müxaliflərin nəzarətindədir. Əsəd Rusiya və İranın köməyi ilə məhz müxaliflərin nəzarətindəki bölgələri almaq istəyir. Ölkənin şərqini İŞİD-ə verəcəklər. Bu, Əsədin maraqlarına uyğundur. "


Müəllif:

Oxşar xəbərlər