Hindistanda qusma və qəbizlikdən əziyyət çəkən və xəstəxanaya çatdırılan biznesmenin mədəsindən qızıl çubuqlar çıxarılıb.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, 63 yaşlı iş adamı həkimlərə arvadıyla mübahisədən sonra şüşə qapaq udduğunu söyləyib. Lakin 3 saat davam edən əməliyyatda biznesmenin mədəsindən təxminən 400 qram çəkisində olan 12 qızıl çubuq çıxarılıb.
Polis dərhal biznesmenin ifadəsini alıb və qızıl çubuqların ekspertizası üçün polis bölməsinə aparılıb.
Dehlidəki Sir Qanqa Ram Xəstəxanasının cərrahı C. Ramaçandran hətta xəstədən 1 kiloqram daş çıxardığını, lakin mədəsində qızıl olan xəstə ilə ilk dəfə qarşılaşdığını deyib. Əvvəllər də biznesmenin dörd dəfə mədə əməliyyatı keçirdiyini və şəkər xəstəsi olduğu deyilir.