9 Oktyabr 2015 15:40
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İsrail hərbçiləri hər iki dövlətin Suriyadakı fəaliyyətinin koordinasiya edilməsi üçün növbəti iclası Moskvada keçirəcəklər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail ordusunun mətbuat xidməti yayıb. Qeyd edək ki, İsraillə Rusiya arasında Suriyadakı fəaliyyətin koordinasiya edilməsi ilə bağlı danışıqlar bu həftə Təl-Əvivdə aparılıb. Görüşdə Rusiyanı Baş Qərargah rəisinin müavini Nikolay Boqdanovski təmsil edib. Danışıqlar qapalı şəraitdə keçirilib.

Bu görüşdə İsrail nümayəndə heyətinə isə Baş Qərargah rəisinin müavini Yair Qolan rəhbərlik edib. İsrail bundan öncə dəfələrlə Suriyaya hərbi müdaxilə imkanlarını əlində saxlamaq istədiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər