Suriyaya raket zərbələri endirən Rusiya hər keçən gün yeni planlarla gündəmə gəlir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmi Moskva Suriya prezidenti Bəşər Əsədi xilas etmək üçün Suriyadakı Demokratik Birlik Pariyası (PKK-nın Suriya qanadı) ilə müxaliflərə qarşı quru əməliyyatları məsələsində razılığa gəlib.
Razılığa əsasən, Rusiya DBP qüvvələrinə silah və sursat yardımı edəcək. Hərbi əməkdaşlıq Suriya-İraq sərhədini, xüsusilə Şedadi və Xulu bölgələrini əhatə edəcək.
Razılaşmada əməliyyatın paralel aparılması üçün Kamışlı bölgəsində xüsusi əlaqə bürosunun yaradılması da qərara alınıb. Büroda 7 suriyalı zabit fəaliyyət göstərəcək.
Samir