Kriminal aləmdə "Ded Xasan" ləqəbi ilə tanınan və 2013-cü ilin yanvarın 16-da Moskvada öldürülən Aslan Usoyanın qətli ilə bağlı istintaq dayandırılıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, iki ildir davam edən istintaq prosesində polis cinayəti törədənlərlə bağlı heç bir dəlil əldə edə bilməyib. Bunu kriminal aləmin sirli olması ilə də izah etmək olar. Ancaq "vor zakon"lar da bunun kim tərəfindən törədildiyini bilmədiklərini, həmin şəxsi tapacaqları təqdirdə onunla bağlı ölüm hökmü çıxaracaqlarını açıqlayıblar. İstintaqın dayandırılması məsələsinə gəlincə, isə müstəntiqlər bunu qatilin üzünün təhlükəsizlik kamerasında tam görünməməsi ilə izah ediblər.
İstintaqın 2 il müddətində araşdırdığı məsələ Usoyanın qətldən bir neçə dəqiqə əvvəl Moskvada yerləşən "Fayton" restoranınında yerləşdirilən təhlükəsizlik kamerasına əks olunan görüntülər olub. Restoranın önündə dayanan "Ded Xasan"a 6 dəfə atəş açılıb. Bunlardan çoxu Usoyanın başına tuş gəlib. İddialara görə, killer restoranın yaxınlığındakı binadan snayper vasitəsilə ayaq üstə atəş açıb. Güllələrdən biri isə restoranda ofisiant işləyən gənc qıza dəyib. Məlumatlarda gənc qızın Usoyanı yola salmaq üçün restoranın qapısına tərəf gələn “vor zakon”un sevgilisi Mariat Bixçurina olub. "Vor zakon"u xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Binanın təhlükəsizlik kamerasını incələyən polis killerə müvafiq yeri seçməkdə yardımçı olan şəxsləri müəyyən edə bilib. Bunlar Usoyanın düşmənləri olan Rövşən Caniyev (Rövşən Lənkəranski) və Rüfət Tağıyev (Rufo Gəncinski) olublar. Rufo ilk dəfə həbsxanaya “Ded Xasan”ın öldürülməsindən bir həftə əvvəl düşüb. Hadisə günü Tağıyev bir neçə dəfə "Fayton" restoranının önündə görünüb. Qətldən sonra Rufo gizlənib və şaiyə yayıb ki, guya onu Moskvada oğurlayıb öldürüblər.
2013-cü ilin setyabrında saxta sənədlərlə Moskvaya gələn Rufo biznesmen Elxan Əliyevin öldürülməsində şübhəli bilinərək, saxlanılıb. Dindirilmə zamanı o, 2013-ci ilin yanvarında "Fayton" restoranı önündə olduğunu etiraf etsə də, "Ded Xasan"ın ölümündə əli olmasını yalanlayıb. Restoran önündə olmasını isə digər "vor zakon"larla görüşməklə izah edib. Rufo 2015-ci ilin aprelində biznesmen E.Əliyevin ölümündə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bununla yanaşı "Ded Xasan"ın ölümü ilə bağlı gürcüstanlı kriminat avtoritet Camal Mikiladze (Cema) də dindirilib. O da Usoyanın düşmənləri siyahısına daxil idi. Cema Moskvaya 2012-ci ilin dekabrında gəlib. Hadisə baş verən vaxtı o şəhərdə olub. Tezliklə Cema narkotik və qanunsuz silah saxlama maddələri ilə ittiham edilərək, həbs olundu. Dindirilmə zamanı o, "Ded Xasan"ı öldürmədiyini və onsuz da Usoyanın kifayət qədər düşmənlərinin olduğunu bildirib.
Usoyanın evində axtarışlar və ailə üzvlərinin dindirilməsi də heç bir nəticə verməyib.
Kriminal avtoritetlər isə bu müddətdə öz araşdırmalarını aparıblar. Araşdırmalar kriminal aləmdə "Şakro Malodoy" kimi tanınan "vor zakon" Zaxar Kalaşovun rəhbərliyi ilə həyata keçirilib. O, "Ded Xasan"dan sonra Rusiyadakı mafia qrupunun başçısı oldu. Ermənistanda 2015-ci ildə baş tutan "soxdka" zamanı isə Şakro dəqiq səbəblərin olmadığı üçün cinayətdə adı çəkilən şəxslərin tituldan məhrum edilməsinə qarşı çıxıb. "Sxodka"dan sonra avtoritetlər tutulan "vor zakon"ların azadlığa buraxılmasına qədər araşdırmanı təxirə salıblar.
Samir