9 Oktyabr 2015 23:12
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Xarici İşlər Nazirliyi Ər-Riyadda 58 yaşlı hindistanlı qadına "amansız" hücuma görə Səüdiyyə Ərəbistanı rəsmilərinə şikayət edib.

İddia edildiyinə görə, ev xadiməsi kimi işləyən Kasturi Munirathinam-ın sağ əli ev sahibi tərəfindən kəsilib.
Əli kəsilmiş hindistanlı qadın hadisədən sonra hospitala yerləşdirilib.

Zərərçəkən qadının ailəsi ona səüdiyyəli sahibkar tərəfindən işgəncə verildiyini bildirib. Səüdiyyə rəsmiləri hadisəni şərh etməyiblər.

Hindistanın Xarici İşlər naziri Sushma Swaraj hadisə ilə bağlı Twitter-də yazıb: "Bu, qəbuledilməzdir. Bu məsələ Səüdiyyə Ərəbistanı rəsmilərilə müzakirə olunur. Səfirlik zərərçəkənlə ünsiyyətdədir."

"Hindistanlı qadınla Səüdiyyə Ərəbistanında rəftar, onun əlinin kəsilməsi bizi olduqca narahat edib", Sushma Swaraj əlavə edib.

Hindistanda Kasturi Munirathinam-ın ailəsi isə ölkə Xarici İşlər Nazirliyindən onun əlini kəsən sahibkardan kompensasiya və müalicə olunması xərcininin ödəməsinə nail olmağı xahiş edib.


Müəllif:

Oxşar xəbərlər