Türkiyə Hərbi-Hava Qüvvələri Suriya ilə sərhəddə patrul təyyarələrin sayını artırıb.
APA-nın məlumatına görə, Türkiyə ordusu komandanlığının açıqlamasında belə deyilir.
“Oktyabrın 8-də 14 “F-16” qırıcıları Türkiyə-Suriya sərhədində patrul xidməti həyata keçirib”, deyə sənəddə bildirilir.
Qeyd edək ki, bundan əvvəl 2-dən 6-dək hərbi təyyarə Suriya ilə sərhəddə keşik çəkib.