Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib şəhərindən 25 km aralıda yerləşən Kın vadisini “Cəbhə ən Nüsrə” silahlılarından azad edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Suriya ordusunun nümayəndəsi general Samir Süleyman bildirib.
“Xama əyalətinin şimalında yerləşən Kın vadisi tamamilə azad edilib. Burada 10-dək yaşayış məntəqəsi bizim nəzarətimizə keçib”, deyə general vurğulayıb.
Bundan əvvəl Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Xama əyalətinin şimalında Əl Baxsu şəhərini azad edib.