11 Oktyabr 2015 00:58
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsindən sonra ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib.

Musavat.com-un məlumatına görə, Ankara, Van, Diyarbəkir, Kars Tuncelidə minlərlə insan küçələrə axışaraq etiraz edib.

İstanbulda terrora etiraz edən vətəndaşlar Beyoğlu Tunel meydanına toplanıb. Galatasaray meydanına qədər yürüyüş edən yüzlərlə etirazçı terroru lənətləyən şüarlar səsləndirib.

Galatasaray meydanına çatan qrup burada terror qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad edib.


Müəllif: